Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev Çexiyada 17 yaşadək voleybolçu qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarının referilərindən biri olacaq.
Sport24.az xəbər verir ki, iyulun 16-da start götürəcək yarışda niderlandlı, çexiyalı, türkiyəli, estoniyalı, ispaniyalı, bolqarıstanlı, yunanıstanlı, italiyalı, belçikalı, norveçli və kiprli ədalət təmsilçiləri də yer alacaq.
Çexiyanın Hradec Kralove şəhərində təşkil olunacaq yarış iyulun 24-dək davam edəcək. Avropa çempionatında Bolqarıstan, Xorvatiya, Çexiya, Almaniya, Serbiya, Niderland, Macarıstan, İtaliya, Polşa, Sloveniya, Türkiyə və Finlandiya yığmaları mübarizə aparacaq.