BOK-un Rusiya və Belarus idmançılarının Paris Olimpiadasına buraxılması ilə bağlı tövsiyyəsi deyəsən işə yaramayacaq. Sport24.az xəbər verir ki, b6na səbəb idman federasiyaları buna əməl etmək istəməməyi ilə bağlıdı.
Artıq açıqlamalarda da bu tövsiyələrə əhəmiyyət verməyəcəklərini bildirirlər. Elə Beynəlxalq Biatlon Şurası (İBU) da BOK-la razılaşmaq fikrində deyil. Doğrudur, 2026-cı ildə keçriləcək qış Olimpiadasına qədər vəziyyət dəyişə bilər. Amma istənilən halda, Şuranın rəhbərliyi Tomas Baxın təklifləri ilə razılaşmır.
İBU-nun vitse-prezidenti İrji Xamza BOK-un İcraiyyə Komitəsinin son iclasından məyus olduğunu bildirib: “Son vaxtlar baş verənlərə əsasən deyə bilərəm ki, artıq BOK idman yox, siyasi təşkilatdı. Bax hər iki tərəf məyus olmasın deyə absurd təklifi ortaya atmaqla məni məyus etdi. O fikirləşir ki, onun qərarına qarşı Avropa və Şimali Amerikanın 50-yə yaxın ölkəsi çıxır. Asiya tərəfdən də Yaponiya, Koreya və bir qədər də o tərəfdə Avstraliya Rusiyanın əleyhinə gedir. Qalan 150 ölkənin isə Rusiya vecinə də deyil. Nəticədə Avropa azlıqda qalan tərəf olur. BOK Rusiya qarşı radikal mövqe nümayiş etdirməlidi. Əks halda, bəzi ölkələr Olimpiadanı boykot edəcək. Nəticədə biz də 1980-ci illərə qayıdacağıq”.