Berlin 2036-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir. Sport24.az “Bild” nəşrinə istiadən xəbər verir ki, Almaniyanın Sosial-Demokrat Partiyası ilə Xristian-Demokrat Partiyası bununla bağlı birgə layihə hazırlayır.
Layihə rəhbərləri şəhərin bu işin öhdəsindən məharətlə gələcəyinə inanır.
Xatırladaq ki, 2036-cı il həm də Berlin Olimpiadasının 100 illiyidi. Belə ki, 1933-cü ildə Almaniyada hakimiyyətə gələn Adolf Hitler paytaxtda Yay Olimpiya oyunlarını təşkil etməyə nail olmuşdu.
Yeri gəlmişkən, artıq qarşıdakı 3 Olimpiadanın keçiriləcəyi məkan da məlumdu. Gələn il Yay Olimpiya Oyunları Parisdə keçiriləcəksə, 2028-ci ildə Los Anceles, 2032-ci ildə Brisben arenalarının qapılarını idmançıların üzünə açacaq.