Azərbaycan millisi IV İslam Həmrəyliyi Oyunlarının suyatullanma yarışlarında daha bir qızıl medal qazanıb. Sport24.az xəbər verir ki, qadınlar arasında 3 metr tramplindən suyatullanma yarışında uğurla çıxış edən idmançımız Olqa Bıkovskaya bütün rəqiblərini üstələyib.
Kişilər arasında 10 metr hündürlükdən sinxron suyatullanma yarışında Azərbaycan cütlüyü – Artyom Danilov və Dmitri Sorokin gümüş medala sahib olub.