Azərbaycanın qadın basketbolçulardan ibarət yığması IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. Sport24.az xəbər verir ki, basketbol 3x3 yarışının final görüşündə Mali yığmasını 13:7 hesabı ilə məğlub edərək xanım idmançılarımız qızıl medala sahib olub.
Üçüncü yer uğrunda görüşdə Türkmənistan millisinə 13:9 hesabı ilə qalib gələn Türkiyə yığması bürünc medalçı olub.
Xatırladaq ki, qrupdan çıxan qadın basketbolçularımız 1/4 finalda İndoneziyanı 20:9, yarımfinalda Türkiyə yığmasına 17:7 hesabı ilə qalib gəlib.