Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışında təmsil edən U-23 yığması ilk qolunu buraxıb. Sport24.az xəbər verir ki, bu, turnirin finalında Oman yığması ilə qarşılaşmanın 56-cı dəqiqəsində baş verib. Rəqibin futbolçusu Sallah Əl Yahyai qapıçımız Şahrudin Məhəmmədəliyevin "quru seriya"sını qırıb.
Millimiz qrupda keçirdiyi 3 matçla yanaşı, yarımfinal qarşılaşmasında ad qapısının toxunulmazlığını qoruya bilmişdi. 23 yaşlı Məhəmmədəliyevin uğurlu seriyası 416 dəqiqə çəkib.