Azərbaycanın daha bir qadın güləşçisi IV İslam Həmrəyliyi Oyunlarında qızıl medalçı olub. Sport24.az xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan Elis Manolova həlledici qarşılaşmada Qazaxıstan güləşçisi Jamila Bakbergenovaya qalib gəlib.
Manolovaya qızıl medalları görüşü aillə üzvləri ilə birgə izləyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva təqdim edib.
Xatırladaq ki, bolqar əsilli 21 yaşlı Manolovanın ən böyük uğuru gənclər arasında Avropa çempionu olub.