Bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib. Sport24.az xəbər verir ki, mayın 12-də İslamiadanın açılış mərasimi olduğu kimi, bağlanış mərasimi də Bakı Olimpiya Stadionunda təşkil edilib.
Mərasimdə İslamiadada iştirak edən ölkələrin keçidi olub, bədii proqram nümayiş etdirilib. Azərbaycan milli komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu, İslamiadanın da qalib adını qazanan Elxan Məmmədov olub. Mərasim möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Qeyd edək ki, “Bakı 2017”də 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycan 75 qızıl, 50 gümüş, 37 bürünc mesalla İslamiadanın qalibi olub. Türkiyə isə 71 qızıl, 67 gümüş və 57 bürünc olmaqla, 195 medal qazanıb və kəmiyyətcə birinci yeri tutub.