Azərbaycanın qadınlardan ibarət güləş yığmasının daha bir üzvü İslamiadada qalib olub. Sport24.az xəbər verir ki, Tatyana Omelçenko IV İslam Həmrəyliyi Oyunlarında ölkəmizin aktivinə qızıl medal yazdırıb.
Omelçenkonun çıxış etdiyi 60 kiloqram çəki dərəcəsində üç atlet dairəvi sistem üzrə qüvvəsini sınayıb. Tatyana birinci dövrədə kamerunlu Tiako Essombe ilə qarşılaşmada təmiz qələbə qazanıb. Final xarakterli ikinci dueldə Türkiyə güləşçisi Qamze Nur Adakanı da vaxtından əvvəl təmiz qələbə ilə məğlub edən Omelçenko İslamiadanın çempionu olub.
Xatırladaq ki, Tatyana bir həftə əvvəl Avropa çempionatının bürünc medalını qazanıb.