IV İslam Həmərliyi Oyunlarının qalibi olan futbol üzrə Azərbaycan U-23 yığmasının mükafatlandırılma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Oman yığması ilə final matçından sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən mərasimdə AFFA rəhbərliyi - prezident Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov iştirak edib. Futbolçularımıza qızıl medalları Milli Olimpiya Komitəsinin (MOK) I vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib. Bundan sonra çempionun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, bayrağımız yüksələ qalxıb. Sonda yığmamızın üzvləri AFFA və MOİK rəhbərliyi ilə birgə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, futbolçularımız İslamiadada Azərbaycanın aktivinə 75-ci qızıl medalı yazdırıb.