Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında 67-ci qızı medalını qazanıb. Sport24.az xəbər verir ki, bu, zorxanadakı təmsilçimiz Rüfət Gülalıyevlə reallaşıb.
O, bu yarışların səngi növü üzrə qızıl medala layiq görülüb. Rüfətə qızıl medalı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü Salim Musoke təqdim edib.
Günün ikinci yarısında isə kəbbadə, milsəngin və çərxi-çəməni növləri üzrə fərdi hərəkətlərdə qaliblər məlum olacaq.
Xatırladaq ki, zorxana yığmamız komanda yarışlarında gümüş medalçı olub.