Formula 1 üzrə ikiqat dünya çempionu Maks Ferstappen sprint yarışlarını tənqid edib. Sport24.az xəbər verir ki "Res Bull”un niderlandlı pilotu bu yarışın Formula 1-in ruhuna uyğun gəlmədiyini söyləyib: “Mən sprintin fanatı deyiləm. Onsuz da çox Qran-pri keçiririki, sprintlər də əlavə gərginlik yaradır. Bu, doğru yanaşma tərzi deyil. Bilirəm, təşkilatçılar publikanın marağını artırmaq istəyir. Elədirsə, onda Qran-prilərin sayı azaldılsın. Bir azdan 25 Qran-pri təşkil edəcəklər, hələ sprintlər də üstünə gələcək. Mən bunu xoşlamıram. Mənə görə sprint yaşamaq uğrunda mübarizədir, avtomobil yarışı yox. Sənin bolidin sürətlidirsə, niyə risk etməlisən?! Sprint Formula 1-in ruhuna uyğun deyil. Buna diqqət ayırmaqdansa, bolidləri rəqabətədavamlı etsinlər. Onda yarış daha maraqlı alınacaq”.
Xatırladaq ki, bu mövsüm sprint yarışlarının sayı 6-ya yüksəldilib. Bu kateqoriyada ilk yarış isə aprelin 29-da Bakıda keçiriləcək.