Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-prisində qalib gələn “Red Bull” pilotu Serxio Peres komanda yoldaşı Maks Ferstappenlə eyni şəraitdə mübarizə apardığını düşünür. Sport24.üz xəbər verir ki, meksikalı pilot artıq Avstriya komandasının pilotlar arasında fərq qoymadığını söyləyib: “Komandam pilotlarına eyni gözlə baxır. Doğrudur, mən bura gələndə vəziyyət bir qədər fərqli idi. Həmin vaxt komanda iki ayrı maşınla mübarizə aparırıdı. Çünki, o vaxt buna ehtiyac var idi. İndi isə özümü “Red Bull”un bir parçası hiss edirəm. Burda öz yerim var, hamı da mənə hörmət edir. Maksa verilən dəyər mənə də verildiyi üçün titul uğrunda onun kimi mübarizə apara bilərəm”.
Xatırladaq ki, hazırda şəxsi birincilikdə Peres Ferstappendən 1 xal geridə qalır.