Formula 1 üzrə 7 qat dünya çempionu Lüis Hemiltonun “Ferrari”yə mümkün keçidi hazırda sürət həvəskarları arasında əsas müzakirə mövzularından biridi. Sport24.az xəbər verir ki, artıq digər komandaları pilotları da britaniyalının İtaliya komandasından ilə 50 milyon avro məvacib ala biləcəyi ilə bağlı söz-söhbətlərə münasibət bildirib.
"Red Bull”un lideri Maks Ferstappenin fikrincə, Lüis “Mersedes”dən getməyəcək: “Belə mərclərdə iştirak etmirəm. Bu, mənə maraqlı deyil. Hər nədirsə, özü bilər. Amma mənə elə gəlir ki, Hemilton “Mersedes”də özünü xoşbəxt hiss edir. Onlar bir yerdə uğurlar qazanıblar. Bəlkə də, belə şayiələr “Mersedes”i Hemiltona daha çox məvacib ödəməyə məcbur edəcək”.
“Alpin” pilotu Fernando Alonso isə bunları söyləyib: “Doğrusu, bu haqda heç nə bilmirəm. Amma Hemilton həmişə deyirdi ki, komanda ilə qalib gəlir və komanda ilə uduzur. İndi də uduzursa, deməli orda da qalmalıdır”.