Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi reallaşır. Sport24.az Türkiyə Futbol Federasiyası (TFF) Ştefan Kuntsla yollarını ayıracaq.
Bu barədə "Fanatik" nəşri məlumat yayaraq, almaniyalı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyini yazıb.
"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumdu. Belə ki, TFF italiyalı Vinçenso Montella ilə razılıq əldə edib. O, son olaraq "Adana Dəmirspor"un baş məşqçisi olub. İtaliyalı çalışdırıcı 2022/23 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.
Xatırladaq ki, Kunts 2021-ci ilin sentyabrından Türkiyə yığmasını çalışdırır.