İtaliyanın "Empoli" klubunun baş məşqçisi Paolo Zanettini istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu mövsüm "Empoli" Zanettinin rəhbərliyi altında A seriyasında keçirdiyi 4 matçın hamısında uduzub. Bu səbəbdən də o, istefaya göndərilib. Son məğlubiyyət isə ən ağır olub - "Roma"dan 0:7.
Qeyd edək ki, Zanetti 2022-ci ilin yayında "Empoli"nin baş məşqçisi idi. Yeni baş məşqçinon artıq 3 dəfə bu komandanı çalışdırmış Aurelio Andreazzoli olacağı iddia edilir.