PSJ-nin hücumçusu Uqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, 21 yaşlı fransalı futbolçu üçün “Vest Hem” və “Kristal Pelas” yarışır.
Ekitike 2022-ci ilin yayında “Reyms”dən PSJ-yə keçib. Futbolçu Paris klubunda 32 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə edib.