Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" əsas qapıçısını dəyişəcək. Sport24.az xəbər verir ki, Yunanıstan mətbuatı Pirey təmsilçisinin yeni baş məşqçisi Miçelin çexiyalı qolkiper Tomaş Vaçlikin çıxışından narazıdı.
İspan mütəxəssis onu gənc yunan əlcək sahibi Kostas Tsolakislə əvəzləyəcək. Belə ki, cəmi 19 yaşı olan bu qapıçının Super Liqanının növbəti turunun "Atromitos"lə, eləcə də avrokuboklarda "Qarabağ"la matçda meydana çıxacağı deyilir.
Xatırladaq ki, "Olimpiakos" - "Qarabağ" görüşü oktyabrın 6-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.