Albaniya Super Liqasında IV turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, millimizin sabiq futbolçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatia” səfərdə “Partizani”ylə qarşılaşıb.
Matç 1:1 hesabı ilə yekunlaşıb. Artıq 7-ci dəqiqədə hesabda geri düşən qonaqlar bundan 16 dəqiqə sonra möhtəşəm qolla tarazlığı bərpa edib. Onu da bildirək ki, "Eqnatiya" hesab 1:1 olarkən penaltidən yararlana bilməyib.
İsgəndərli start heyətində meydana çıxıb və 72-ci dəqiqədə əvəzlənib. O, 27-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
"Eqnatia" hazırda 7 xalla turnir cədvəlində 2-cidi.