“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Barselona”nın hücumçusu Lamin Yamalı heyətinə qatmaq istədiyini bildirib. Sport24.az xəbər verir ki, 16 yaşlı hücumçu Qvardiolanın təklifini dərhal rədd edib.
Belə ki, o, Kataloniya klubunda qalıb uğur qazanmaq istəyir.
Qeyd edək ki, Yamal, 2023-cü ilin iyulundan əsas komandada çıxış edir və bu müddətdə 5 oyun keçirərək aktivində 2 assist var