Xizək idmanı üzrə ikiqat Olimpiya çempionu Raqnil Haqa karyerasını başa vurub. Sport24.az xəbər verir ki, 32 yaşlı norveçli idmançı həyatında dəyişiklik etməyin zəruri olduğunu söyləyib: “Norveç çempionatından sonra vaxtımın başa çatdığını anladım. Artıq həyatımda dəyişiklik etməliyəm. Hərçənd, belə qərar qəbul etdiyimə görə məyusam. Bundan sonra ailəmə vaxt ayırmalıyam. Bu günə qədər mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Yarışlaran sonra məni qucaqlayan, yağış və qarın altında yanaşı addımladığım insanlar üçün darıxacam. Mən xizək idmanı ilə məşğul olandan bəri bu həyatdan çox şey öyrənmişəm. Heç vaxt Olimpiya qızılını almaq üçün addımladığım yolu unutmayacağam”.
Xatırladaq ki, Haqa 2018-ci ildə Pxençxan Olimpiadasında 10 km məsafəyə fərdi və estafet yarışlarında qızıl medal qazanıb. O, bu il Dünya Kubokunda da 50 km məsafəyə marafon yarışında da fəxri kürsünün üst pilləsinə yüksəlmişdi.