Martın 19-da həmyerlimiz Rafael Fiziyevi məğlub edən amerikalı qaydasız döyüş ustası Castin Qetji UFC-ni tərk edə bilər. Sport24.az xəbər verir ki, Konor Makqreqorun adının yenidən reytinqə salınacağını qəbul etmək istəmir: “Konor “The Ultimate Fighter” şousunda qalib gəldikdən sonra UFC-də yenidən titul döyüşünə çıxsa, mən bu yarışı tərk edə bilərəm. Belə etməklə kompaniya mənə çox ağır zərbə vuracaq. Hərçənd, hər şey əlimdə deyil. Sadəcə, ümid edirəm ki, bu baş verməyəcək. Belə olsa, özümü çox pis hiss edəcəyəm”.
Xatırladaq ki, Konor Makqreqorun adı ötən ilin dekabrından UFC reytinqindən çıxarılıb. O, sonuncu dəfə oktaqona 2021-ci ilin yayında çıxmış və amerikalı Dastin Poryeyə uduzmuşdu.