MMA yarışlarında daha bir Yemelyanenko soyadlı qaydasız döyüş ustası mübarizə aparacaq.Sport24.a xəbər verir ki, Fyodor və Aleksandrın qardaşı İvan Yemelyanenko da yaxın vaxtlarda oktaqona çıxacaq.
Rusiya telekanallarından birinə açıqlama verən Aleksandr kiçik qardaşlarının döyüş keyfiyyətindən danışıb: “Yaxın vaxtlarda proumoter Vladimir Xryunov yeni bir sima ilə müqavilə imzalayacaq. Bəli, söhbət qardaşım İvandan gedir. O da MMA-da qüvvəsini sınamaq istəyir. Onun döyüşəcəyi dəqiq olsa da, hələ ki, kiminlə qarşılaşacağı bilinmir. İvan əlbəya döyüşlər və döyüş sambosunda idman ustasıdır. O, bura küçədən gəlməyəcək”.