Bolqarıstanda keçirilən Avropa kubokunda "Zəngəzur" iştirakını başa vurub. Sport24.az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda oyunda Rumıniyanın "Nova Vita" klubuna 3:4 hesabı ilə uduzub.
Beləliklə, Əjdər Əjdərovun komandası 4-cü yerlə kifayətlənib.
Xatırladaq ki Azərbaycan çempionatının bürünc mükafatçısı yarımfinalda Rumıniyanın “Borussiya” klubuna 0:2 məğlub olmuşdu.