Amil Yunanovun "Turan Tovuz"a keçidi baş tutmayıb. Bu haqda Sport24.az-a Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov məlumat verib.
O, 29 yaşlı hücumçunun son klubu "Şamaxı"da qalmağa üstünlük verdiyini diqqətimizə çatdırıb.
Xatırladaq ki, Amil əslən Tovuzdandı və ordan bir neçə futbolçu kimi Tovuz Premyer Liqaya çıxandan onun təmsilçisnə keçidi gözlənilirdi. Abbasovun Yunanovla "Sumqayıt"da birgə işlədiyini də vurğulayaq.