"Turan Tovuz"un nigeriyalı legioneri Henri Okebuqvunun Misli Premyer Liqasının XV turunda "Sabah"la ev matçında ilk dəqiqəsindəcə aldığı zədə yüngül olmayıb. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov nigeriyalı mərkəz yarımmüdafiəçisinin bu il bir daha meydana çıxa bilməyəcəyini açıqlayıb: "Henrinin müayinəsi əzələ dartmasıyla bağlı problemin ciddi olduğunu göstərdi. O, bu ili artıq qapadaraq, zədəlilərimiz sırasına qoşuldu".
Xatırladaq ki, son vaxtlar "Turan Tovuz" da zədə epidemiyası hökm sürərək belə futbolçuların sayı 7-ə çatmışdı.
MEHMAN SÜLEYMANOV