"Turan Tovuz"un mövsüm sonunda iki futbolçusu ilə yollarını ayıracağı dəqiqləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, bunlar Burkino Fasodan olan sol cinah müdafiəçisi Ben Aziz Dao və nigeriyalı mərkəz yarımmüdafiəçis7 Henri Okebuqvudur.
Hər iki futbolçu ilə başa çatan müqavilə müddəti artırılmayacaq. Ben qış fasiləs7ndə transferə çıxarılaraq, əvəzedici komandaya göndərilib.
Bundan başqa əldə etdiyimiz məlumata görə, hərm yerli, həm də bəzi legioner futbolçularla danışıqlar gedir. Kimlərin qalıb-qalmayacağı isə Misli Prmeyer Liqasının son turundan sonra müəyyənləşəcək.