Misli Premyer Liqasının XXVIII turuna bu gün "Turan Tovuz" - "Sumqayıt" oyunu ilə start veriləcək. Sport24.az cütlüyün sarı vərəqə limitində olan futbolçuları ilə bağlı məlumatı təqdim edir.
"Turan Tovuz"un heyətində 6 oyunçu cəzaya yaxındır. Müdafiəçilərdən Şakir Seyidov 2, 4, 14, Sadiq Quliyev 11, 14, 16, Xulu Siyanda 10, 22, 23, Eltun Turabov 1, 19 və 23-cü turlarda cəzaya məruz qalıb. Yarımmüdafiəçilərdən Xəyal Nəcəfov 12, 14 və 23, Turan Vəlizadə 6, 9 və 27-ci turlarda sarı vərəqə ilə cəzalanıblar. Bu futbolçular yenidən sarı alacaqları təqdirdə, növbəti turda "Şamaxı" ilə ev oyununda komanya kömək edə bilməyəcəklər.
"Sumqayıt"ın 5 futbolçusu cəzanın bir addımlığındadı. Qapıçı Aydın Bayramov 13, 22, 24, müdafiəçilər - Elvin Bədəlov 18, 22, 25, Vurğun Hüseynov 14, 23, 24, yarımmüdafiəçilər - Vüsal İsgəndərli 2, 13, 17, Rüfət Abdullazadə 4, 15 və 19-cu turlarda sarı vərəqə ilə cəzalandırılıblar. Yarımmüdafiəçi Vüqar Mustafayev bir dəfə sarı vərəqə limitini doldurduğu üçün cəzalanıb. Vitse-kapitan 21, 23 və 26-cı turlarda yenidən sarı vərəqə alıb. Bu dəfə də adıçəkilən futbolçuların passivinə yazılacaq növbəti sarı vərəqə onları XXVIV turda keçiriləcək "Neftçi" ilə ev oyunundan məhrum edəcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Sumqayıt" oyunu saat 15:30-da başlayacaq.