"Projektorlarla bağlı məsələ qalıb. Çünki iş getdiyi vaxtda onun quraşdırılması böyük prosesdr. Qazıntı işləri aparılmalıdır, texnikalar işləməlidir. Bu səbəbdən çempionatın bitməsini gözləyirdik". Bu sözləri Sport24.azaa açıqlamasında "Turan Tovuz"un icraçı-direktoru Nadir Nəbiyev deyib.
Stadionun işıqlandırılması ilə bağlı danışan icraçı-direktor pojektorların quraşdırılmasından söz açıb: "Əsas dirəklərin basdırılmasıdı. İşıqlandırma da sifariş edilib və yaxın günlərdə gələcək. Süni meydançamız var. Onu böyütmək istəyirdik. Mütəxəssislər də baxdılar. Projektorlarda dirəyin biri meydançanın böyütmək istədiyimiz hissəsinə düşür. Bu səbəbdən ola bilsin, dirəyin birində dəyişiklik edilsin. Standartlara uyğun olmalıdır. Məsələn, meydançanı 40 metr böyütmək istəyiriksə, indiki halda bu 20 metr alınır. Bu da komandanın məşqi üçün kifayət etmir".
Nəbiyev gələcəkdə meydançanın təbii ot örtüyü olacağını da söyləyib: "Yayda ot örtüyünün dəyişilməsi gözlənilmir. Bununla bağlı klub rəhbəri ilə daxili söhbətimiz olub. Gələcəkdə süni meydançanın təbii ot örtüyü ilə dəyişilməsi gündəmdədi".
MEHMAN SÜLEYMANOV