"Sumqayıt" FK-nın İdman direktoru Zamiq Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Sport24.az xəbır verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klub Hüseynova göstərdiyi xidmətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.
Qeyd edək ki, daha öncə PFL-in Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəhbəri olan Hüseynov 2018-ci ildən "Sumqayıt" FK-nın idman direktoru kimi çalışdığı dövrdə komanda 2 dəfə avrokuboklara vəsiqə qazanıb, 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub, 1 dəfə isə Premyer Liqanın bürünc medallarına yiyələnib.