"Şamaxı" mövsümlərarası fasilədə 7 futbolçu ilə yollarını ayırıb. Komandanın baş məşqçisi Rüstəm Əliyevin Sport24.az-a verdiyi məlumata görə, "Qəbələ"yə keçən İlkin Qırtımovla yanaşı, digər yerli futbolçulardan Kamal Bayramov, Amil Yunanov, Tural Axundov, Tərlan Quliyev, legionerlərdən Natan Oduva və Aldair Neto vidalaşıblar: "Həmin futbolçularla başa çatan müqavilələri yenilənmədi. Yalnız Kamalı saxlamaq istəyirdik, danışıq apardıq. Bir az maddi cəhətdən razılıq əldə edə bilmədiyimizə görə o da bizdən getdi. Yeni komanda qurmaq istəyirik, çalışırıq yeni futbolçular cəlb edək".
Xatırladaq ki, mövsümü 7-ci pillədə başa vuran "Şamaxı" müvəqqəti təyin olunan Rüstəm Əliyevlə baş məşqçi kimi təsdiqləyərək, onunla 1 illik müqavilə imzaladı.
MEHMAN SÜLEYMANOV