"Səbail" yay fasiləsində 2-ci transferini reallaşdırıb. Sport24.az klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi sabiq legioneri Emil Martinovu transfer edib.
Bolqarıstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Martinov 2018/19 mövsümündə də "Səbail"də oynayıb.
Xatırladsaq ki, "Səbail"in transferi də sabiq futbolçusu, keçmiş kapitanı Ağabala Ramazanov idi. Onlar Martınovla həmin mövsümdə birgə çıxış edərək, Premyer Liqamızın bürünc medalçısı olublar.