"Hər iki komandanın taleyi bu oyundan asılıdı. Bir az üstünlük "Səbail" tərəfdədi. Çünki həm öz meydançasında oynayır, həm də oyunçu təcrübəsi baxımından üstündü". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəss Misli Premyer Liqasının son turunda keçiriləcək "Səbail" - "Şamaxı" oyununda şansları dəyərləndirib: "Hər iki komandada gərginlik olacaq. Həmişə "Şamaxı"nın oyununu bəyənmişəm. Açığı, onun Premyer Liqanı tərk etməsini istəməzdim. Rəqiblərə asan təslim olmayan komandadı. Amma "Səbail" üstün görünür. Həvəs, istək baxımından "Şamaxı", amma təcrübə baxımından "Səbail" üstün olacaq. Çünki gənc oyunçuları özlərini göstərmək istəyəcəklər".