"Səbail" - "Şamaxı" görüşü mövsümün oyunu olacaq. Ən maraqla gözlənilən oyundu". Bu sözləri Sport24.az-a a açıqlamasında "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanov deyib.
43 yaşlə mütəxəssis Misli Premyer Liqasının XXXVI turunda Premyer Liqada uğrundakeçiriləcək "Səbail" - "Şamaxı" oyunundan proqnozunu açıqlayıb: "Çempionatı kimin tərk edəcəyi aydınlaşacaq. Düşünürəm ki, "Səbail" öz meydanında oynadığı üçün üstün başlayacaq. Stressli oyun olacaq və komandalar səhv etməməyə çalışacaqlar. Buna turun, mövsümün oyunu demək olar".
Qeyd edək ki, "Səbail" - "Şamaxı" oyunu mayın 27-də keçiriləcək
KAMAL RZA