Emanuel Apeh “Sabah”ın tarixinə düşüb. Sport24.az xəbər verir ki, 26 yaşlı nigeriyalı hücumçu Bakı klubunun heyətində het-trik edən ilk futbolçu olub.
2017-ci ilin yayından peşəkar səviyyədə çıxış edən klubun üzvləri indiyədək I Divizion, Azərbaycan Kuboku və Premyer Liqada keçirilən görüşlərin heç birində het-trik etməyib.
Emanuel Azərbaycan Kubokunda fərqlənib. O, 1/8 finalın “Qaradağ Lökbatan”la görüşündə vurduğu 3 qolla (61; 88; 90+1-ci dəqiqələrdə) 5:0 hesablı qələbədə pay sahibi olub.
Bu, “Sabah”ın tarixində ən böyükhesablı qalibiyyət rekordunun təkrarıdır. Bakılılar 5-ci dəfə beş top fərqi ilə qalib gəlib. Paytaxt təmsilçisi I Divizionda oynadığı 2017/18 mövsümündə “Zaqatala” və “Binə”ni, Azərbaycan Kubokunun 2019/20 mövsümündə “Ağsu”nu, Premyer Liqanın cari mövsümündə “Kəpəz”i 5:0 hesabı ilə məğlub edib.