"Yaxın günlərdə stadion məsələsinə aydınlıq gələcək. Məsələ ilə bağlı iş gedir və çatışmazlıqlar artadan qaldırılır". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Konfrans Liqasında mübarizə aparacaq "Sabah"ın ev oyunlarını hansı stadionda keçirilməsi ilə bağlı Həmidov bunları bildirib: "Böyük ehtimalla bu, Masazırda olacaq. Əsasən iş otaqlarında, "skybox"larda yenidən qurma işləri gedir. İşıqlandırma və elektron tablo dəyişdiriləcək. Mətbuat olan yerdə də dəyişiklik olacaq. Stadiona baxılacaq və bir neçə gün ərzində qərar veriləcək. Ümumi tanışlıq olub və yaxın günlərdə qərar veriləcək. Güman ki, heç bir problem çıxmayacaq. Dəqiq vaxt deyə bilməyəcəm. Amma yaxın günlərdə dəqiq cavab bildiriləcək".
MEHMAN SÜLEYMANOV