"Kəpəz" Futbol Veteranları İttifaqı, AFFA və Gəncə şəhər Gənclər və İdman İdarəsinin birgə keçirdikləri Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gəncədə uçaq komandaları arasında keçirilən futbol turnirinin qalibi olan "Lokomotiv"in futbolçuları mükafatlandırılıb. Sport24.az xəbər verir lki, gəncəli uşaqlara İngiltərənin paytaxtı Londondan hədiyyələr göndərilib.
Belə ki, orda fəaliyyət göstərən "Milli Dəstə" azarkeş dəstəsinin rəhbəri Şamil Mustafayev futbolçulara 10 şərf, turnirin ən yaxşı müdafiəçisi, eyni zamanda azarkeşlərin sevimli oyunçu seçilən Aydın Həsənova ötənlərin məşhur ingilis futbolçusu Ueyn Runinin kiçik büstünü hədiyyə göndərib. Bunları uşaqlara Şamilin atası Elçin Mustafayevlə əmisi, veteran futbolçu Emin Mustafayev təqdim ediblər.