"Turan Tovuz" növbəti transferini reallaşdırıb. Sport24.az xəbər verir ki, Tovuz klubu afrikalı legioner Siyanda Xulunun keçidini açıqlayıb.
Cənubi Afrika Respublikasından olan 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.
Peşəkar karyerasına “Mamelodi Sandaunz”da başlayan Siyanda Vətənində həmçinin “Kayzer Çifs”, “Maritzburq Yunayted”in, Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Təl-Əviv) klubunun şərəfini qoruyub.
Xulu millisində 16 oyuna çıxıb, 1 qol vurub