"Yeni mövsümlə bağlı danışmamışıq. Rəhbərliklə görüşümüz olacaq". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi 2"nin baş məşqçisi Rəşad Abdullayev deyib.
Gənc mütəxəssis yeni mövsümlə bağlı planlardan danışıb: "Mövsümün əvvəlində məndən tələb edilən gəncləşdirmə idi və biz də işimizə davam etdik. Bu il də hansı strategiya olsa, ona uyğun addım atacağıq. Amma daha çox gənclərlə işləməyə çalışacağıq. İnanıram ki, A komandaya bir neçə futbolçumuz gedəcək. Daim əsas komanda ilə əlaqəli işləyirik".