Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun bu gün Türkiyə Super Liqasında debütü gözlənilir. Sport24.az xəbər verir ki, 24 yaşlı mərkəz hücumçusu yeni klubu "Hatayspor"la V turda "Fatih Karagümrük" komandasının qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
"Hatayspor"un sosial mediada bu matç üçün paylaşdığı posterdə Renatın şəklinin yer alması baş məşqçi Volkan Dəmirəlin ona şans verəcəyinə böyük zəmin yaradır. Dadaşovun komandası 4 oyundan 6 xalla 10-cu yeri tutur.
Xatırladaq ki, Dadaşov müqaviləylə İsveçrənin "Qrasshoppers" klubuna məxsusdu. O, sentyabrın əvvəlində "Hatayspor"a 1 illiyə icarəyə verilib.