"Premyer Liqanı izləyirəm. Avrokubok və Premyer Liqadan düşməmək uğrunda gərgin mübarizə gedir". Bu sözləri Sport24.az-a açıqlamasında millimizin sabiq futbolçusu Rauf Əliyev deyib.
Peşəkar futbolçu karyerasını qış fasiləsində "Kəpəz"də başa vuran 34 yaşlı Əliyev Premyer Liqada maraqlı oyunlar izlədiklərini vurğulayıb: "Əsas odur ki, son tura qədər mübarizə davam edir. Xüsusən də sonuncu pillənin elitanı tərk edəcəyi açıqlandıqdan sonra daha gərgin matçlar keçir. Sonuncu turun oyunları da maraqlı keçəcək. "Qəbələ" ilə "Zirə" avrokubok uğrunda yarışır. Çempionluq məlum olsa da, digər pillələrdə maraqlı mübarizə gedir".
KAMAL RZA