Misli Premyer Liqasında son dövrənin ilk turunu 4 futbolçu cəzaya görə buraxacaq. Sport24.az xəbər verir ki, kvartet yerli futbolçular olaraq vərəqə limitini aşanlardı.
Ən ciddi itkilər "Sabah"dadı. Belə ki, komandanın müdafiəçisi Amin Setydiyevlə yarımmüdafiəçisi Ceyhun Nuriyev "ofsayd"a düşüb. Sadəcə. fərq ondadı ki, Ceyhunda bu, 4-cü sarı vərəqədirsə, Amində artıq 8-cidi. Olar "Qəbələ"ylə ev matçında komandalarına kömək edə bilməyəcəklər.
Digər cəzalılar Elvinlərdi. "Şamaxı"nın kapitanı olan Elvin Məmmədov "Qarabağ"la ev matçını kənardan izləyəcək. Təcrübəli yarımmüdafiəçidə bu, 4-cü "sarı"dı. Onun qədər vərəqə alan "Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlov "Turan Tovuz"la səfər matçında iştirak edə bilməyəcək.