"Çox ciddi bir turnirdir. Ötən ildən yəqin xatirinizdədir. İlk oyundan pley-off-a qədər ciddi rəqiblər düşdü və maraqlı oyunlarımız oldu". Sport24.az xəbər verir ki, bu sözləri Sport24.az saytına açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis komandasının Çempionlar Liqasında aparacağı mübarizədən söz açıb: "Bu gün də bu turnirə ciddi hazırlaşmağa məcburuq. Desəm ki, keçən il heyəti tam düşündüyümüz kimi formalaşdırmışıq, yalan olar. Amma bir neçə oyunçu dəvət etmək istərdik. Əlimizdə olanlara güvənmişik və onların performansını yaxşılaşdırmağa, turnirə hazır etməyə çalışmışıq. İstəyimiz odur ki, komandamızda bir neçə oyunçu olsun. Futbolçuların sayı çox olsunki keyfiyyət də yuxarı olsun. Düşündüyümüz, danışıq apardığımız oyunçular alınarsa, heyəti gücləndirəcəyik".