"Qəbələ"nin legionerlərindən 2-sinin gələcək taleyinə aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, braziliyalı müdafiəçi Ruan Renato ilə şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi ölkəmizdə klublarını dəyişməyə qərar veriblər.
Belə ki, "Qəbələ"nin yeni müqavilə təklifini qəbul etməyən cütlük "Zirə"nin cəlbedici maddi şərtlərinə "hə" deyiblər.
Artıq tərəflər anlaşıb və legionerlər "Neftçi" ilə Kubokun final görüşündən sonra "qırmızı-qaralar"dan birdəfəlik gedəcəklər.