Misli Premyer Liqasının XX turubda "Qəbələ" - "Sabah" matçının ilk hissəsində insident baş verib. Sport24.az-ın Qəbələyə ezam edilmiş əməkdaşı xəbər verir ki, baş hakim Vüqar Həsənli meydan sahiblərinin braziliyalı mərkəz müdafiəçisi Ruan Renatoya qısa müddət ərzində 2 sarı vərə ərzində onu meydandan qovub.
İkinci "sarı" ehtiyat hakim Rəvan Həmzəzadənin müdaxiləsindən sonra olub ki, Həsənli qayda pozuntusuna dərhal reaksiya verməyib. Kobudluq - əllə sifə zərbə "Qəbələ"nin keçmiş legioneri Davit Volkova qarşı olub.
Qəbələli futbolçular və məşqçilər 28-ci dəqiqədə olan bu ağır cəzaya emosional şəkildə narazılığını bildiriblər. Bunu ən çılğın edən Ruan olub ki, onu sakitləşdirmək lazım gəlib. Futbolçu çox aqressiv şəkildə ehtiyat hakimin üzərinə cumub ki, bu zaman onun güclə qarşısını almaq mümkün olub. AFFA İntizam Komitəsinin sonradan birbaşa Renatoya hərəkətinə görə ağır cəza verəcəyi gözlənilir.
Baş hakimin "Qəbələ"nin digər mərkəz müdafiəçisi Murad Musayevə göstərdiyi sarı vərəqə də problem yaradıb. Çünki bu, Muradda cari çempionatda 4-cü sarı vərəqə olduğundan cəzalı duruma düşüb. Beləliklə, baş məşqçi Elmar Baxşıyev növbəti turda "Zirə"ylə vacib səfər matçında iki stopperin xidmətindən məhrum oldu.
Qeyd edək ki, matçda hesab açılmayıb.