"Qəbələ" Misli Premyer Liqasının XXVII turunda "Şamaxı"yla ev matçında ciddi itkiylə üzləşib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, braziliyalı cinah yarımmüdafiəçisi Rafael Utziq ilk hissənin ortasında ciddi zədələnib.
Həkimlər tibbi yardımına baxmayaraq, Rafael oyunu davam etdirə bilməyib. Onu həmyerlisi - Ramon Maçado əvəzləyib.
Xatırladaq ki, "Qəbələ" hesabda 1:0 irəlidədi.
MEHMAN SÜLEYMANOV, Qəbələ