"Qəbələ" Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayır. Fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarıt "EUROCLİMA" MMC "Qəbələ" Futbol Akademiyasının forma arxası sponsoru olacaq.
Sport24.azın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, tərəflər arasında rəsmi müqavilənin imzalanma mərasimi bu gün Qəbələ şəhər stadionunda baş tutub. Tədbirdə "Qəbələ"dən prezident Fariz Nəcəfov, qarşı tərəfdən şirkətin təsisçisi Aslan Abdullayev və klubun media və marketinq meneceri Aslan Abdullayev iştirak edib.
Müqavilənin müddəti 3 ildi. Anlmaya əsasən akademiyanın oyun formalarının arxa hissəsində "EUROCLİMA" brendinin lpqosu əks olunacaq. Saytda, əsas stadionda reklam banneri olacaq. Bundan əlavə, məşq meydançalarının birinə yeni sponsorun adı veriləcək.
"Qəbələ" yeni sponsora "39 nömrə"li forması təqdim olunub. Bu da Abdullayevin əslən Qubadlıdan olmasıyla bağlıdı ki, 39 da həmin rayonun avtomobil seriyasıdı.