"Bir transferimiz oldu. "Zirə"dən Hamidu Keyta gəldi. Bizim səviyyəyə uyğun keyfiyyətli oyunçular alacağıq". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri yeni transferlərin olacağını bildirib: "Qarabağ" ulduz yetişdirən klubdur. Büdcəmizin çatdığı ən istedadlı futbolçular seçiləcək və inanıram ki, yenə öz yerimizi tutacağıq. Gözləyirəm ki, bu il də uğurlu çıxış edək. çünki bizim üçün heç bir əngəl yoxdu".