"Komandanın prezidenti olaraq uzun müddətli uğurlarla maraqlanıram. Düşünürəm ki, ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlıdır". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
Klub rəhbəri akadmeiyanın tezliklə tikiləcəyini deyib: "Əvvəl də demişdim ki, gənclərə investisiya qoymağın vaxtı gəlib. Yavaş-yavaş klubun akademiyasını tikəcəyik. Yer müəyyənləşib. Mənim istəyim hazırkı stadionun ətrafında olması yönündədir. Çünki həm yol, həm də birgə ruhun olması üçündür. Bunu lazımi şəxslərdən xahiş edəcəyəm. İndi Binə qəsəbəsinə yaxın yer var. Yol bir az uzaqdır. Baxırıq, sahələri layihələndiririk. Güman edirəm ki, işlər yekunlaşsa, bu il inşasına başlayacağıq".