Misli Premyer Liqasında XV arxada qaldı. Sport24.az saytının 3-cü mövsümdü həyata keçirdiyi Premyer Liqanın BİLİCİsi layihəsində son turda yüzfaizli nəticə göstərən olmayıb.
Bunun da əsas səbəbi "Qarabağ"ın gözlənilməz xal itkisi - evdə "Zirə"ylə heç-heçə etməsi olub. Düzdür, bir iştirakçı - Səxavət Qurbanov həmin görüşdə liderin qələbəsini yox, məhz bərabərliyi proqnozlaşdırmışdı. Amma onu "yandıran" Qəbələnin qələbə qazanmaması olub.
Qurbanov kimi, Mehman Süleymanov da ən çox - 4 xal aktivinə yazıb. O, Sumqayıtdakı heç-heçəni tapsa da, "Azərsun Arena"da "yanıb".
Son turla bağlı əsas diqqətçəkən məqam liderin artıq tək olmamasıdı. Belə ki, 2-ci pillədə olan Ruslan Sadıqov uzun müddətdi turnir cədvəlinə başçılıq edən Kənan Məstəliyevə çataraq ona şərik çıxıb.
XIV tura proqnozlarla aşağı linkdə tanış ola bilərsiniz:
(https://sport24.az/bizim-futbol/premyer-liqanin-bilicisi-baki-derbisiyle-start-goturecek-tura-proqnozlar)
XV turdan sonra turnir cədvəli:
Kənan Məstəliyev, Ruslan Sadıqov - hər ikisi 50, Səxavət Qurbanov - 49, Mehman Süleymanov, Kənan Həsənov - hər ikisi 46, Süleyman Vəliyev - 45, Ruslan Mikayıllı - 44, Ceyhun Əliyev - 43, Faiq Tahirov - 42, Elmir Əliyev - 41, İbrahim Cəfərov - 31.